Azərbaycanda daha bir həkim ana qatili oldu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda daha bir həkim ana qatili oldu

Azərbaycanda daha bir ana ölümü

Bu gün səhər saatlarında Ucar rayonunda yenicə ana olan 19 yaşlı qadın faciəvi şəkildə dünyasını dəyişib. Bu barədə qadının qohumu Mahiyyə Hüseynova ANS PRESS-ə şikayətində bildirib. Şikayətçinin sözlərinə görə, qohumu 19 yaşlı Sayat Əlizamin qızı Nəsirova həkim səhlənkarlığı səbəbindən ölüb.

Belə ki, ötən gün 19 yaşlı gəlin doğuş üçün Zərdab rayonundan Ucar rayon Mərkəzi Xəstəxanasına gəlib. Cavanşir adlı həkim qadının təbii doğuşla azad ola bilməyəcəyini deyərək, qeysəriyyə əməliyyatını məsləhət bilib. Əməliyyat uğurla həyata keçirilib və oğlan uşağı dünyaya gəlib.

“Həm Sayat, həm də körpənin vəziyyəti yaxşı idi. Normal qidalanırdı, danışırdı. Özünü əla hiss edirdi. Körpə də yaxşı olub. Dünən anası və bibisi Zərdaba gediblər ki, Sayat üçün lazım olan əşyaları gətirsinlər. Ucardan Zərdaba gedib gəlincə, Sayat dünyasını dəyişib”, - deyə Mahiyyə Hüseynova bildirib.

Onun sözlərinə görə, Sayat anasına deyibmiş ki, palatada yatağımı dəyişəcəklər. Hadisə də elə bu zaman baş verib. Gəlinin anası və bibisə xəstəxanaya qayıdan zaman Sayatın öldüyünü eşidiblər. Xəstəxanada olanlar deyiblər ki, Sayatı xəstəxananın işçiləri yıxırdıb. Qadın yıxılıb və başından zərbə alıb.

“Sayatın qulağından qan gəlmişdi. Onun komaya düşdüyünü dedilər. Bakıdan həkim də çağırıldı. Lakin gələn həkim də Sayata kömək edə bilmədi”, - deyə Mahiyyə Hüseynova əlavə edib.

Mahiyyə Hüseynova deyir ki, hazırda meyidi morqda müayinə edirlər. Analizlərin cavabından sonra ölümün dəqiq səbəbləri bilinəcək.

Məsələ ilə bağlı Ucar rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimin müalicə işi üzrə müavini Ata Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında baş verib. Həkimin sözlərinə görə, Sayat Nəsirovanın əməliyyatdan sonra vəziyyəti yaxşı olub. Lakin dünən səhər saat 10 radələrində ayağa duran zaman ayağı büdrəyib və yıxılıb.

“Başı dəyib və qulağından qan axıb. Komaya düşüb və komadan ayılmayıb. Hadisə baş verən zaman tibb bacısı da yanında olub. Hazırda hadisə araşdırılır. Araşdırmalardan sonra məsələnin dəqiq səbəbləri məlum olacaq”, - deyə Ata Hacıyev bildirib.

Faktla bağlı rayon Prokurorluğundan cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm