Bakıda təqaüdçü ağrılarına çarəni canına qıymaqda gördü
Bizi izləyin

Qırmızı.az

Bakıda təqaüdçü ağrılarına çarəni canına qıymaqda gördü

Bakının Qaradağ rayonu ərazisində təqaüdçü dəhşətli şəkildə özünü öldürüb. Rayon prokurorluğundan hadisə axşam saatlarında Lökbatan qəsəbəsində baş verib.


Lökbatan qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü Mikayıl Kamil oğlu Rzayev özünü 3 mərtəbəli binanın damından atıb. 60 yaşlı kişi hadisə yerində ölüb.



Hələlik intiharın dəqiq səbəbləri bilinməsə də, deyilənlərə görə, yaşlı kişi səhhətilə bağlı problemlər yaşayıb. Onun bədənində ağrılar olub.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm