Ordu Dərbəndi mühasirəyə aldı: vəhabi axtarışı gedir
Bizi izləyin

Qırmızı.az

Ordu Dərbəndi mühasirəyə aldı: vəhabi axtarışı gedir

Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərində xüsusi əməliyyat başlayıb.

Dərbənd azərbaycanlılarından “Axar.az”a verilən məlumata görə, əməliyyat səhər saat 5-də başlayıb. Şəhərə texnika yeridilib. Bütün küçələrdə postlar qurulub. Bundan başqa, şəhər kənarındakı meşə massivi qarış-qarış axtarılır.

Mənbənin dediyinə görə, şəhərdə fövqəladə vəziyyətdir. Mobil telefon rabitəsində ciddi problem yaranıb.

“Açıq-aydın hiss olunur ki, mobil rabitədə süni şəkildə əngəllər var. Şəhərdə gəzən söhbətə görə, meşə massivində, habelə şəhərin özündə yaraqlıların gizlənməsi barədə xüsusi xidmət orqanlarna məlumat daxil olub. Məhz bu səbəbdən Dərbənddə fövqəladə vəziyyətdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm