Sel 2 nəfərin ölümünə səbəb oldu
Bizi izləyin

Qırmızı.az

Sel 2 nəfərin ölümünə səbəb oldu

İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində baş vermiş sel və daşqın iki nəfərin ölümünə səbəb olub.



Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumatına görə, güclü yağış və sel Tehran-Miyana dəmir yolunun su altında qalmasına səbəb olub. Bəzi kəndlərdə 200-dən çox evi su basıb, 300 baş qoyun tələf olub.



Güclü yağış nəticəsində Miyana-Zəncan maqistral yolunda dağ uçqunu olub və sel nəticəsində Miyana-Miyandüab magistral yoluna palçıq toplanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm