FHN İçərişəhərdə təlim keçirir
Bizi izləyin

Qırmızı.az

FHN İçərişəhərdə təlim keçirir

FHN İçərişəhərdə təlim keçirir

Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirilir.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimin məqsədi fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət və əməliyyat planlarının reallığının yoxlanılması, şəxsi heyətin birgə fəaliyyət sahəsində bacarıqlarının daha da artırılmasıdır.

Təlim zamanı şərti olaraq, baş vermiş zəlzələ nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, yanğının söndürülməsi və insanların xilas edilməsi üzrə tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm