Elman Mehdiyev 8 rayonun sakinlərini qəbul etdi
Bizi izləyin

Qırmızı.az

Elman Mehdiyev 8 rayonun sakinlərini qəbul etdi

Elman Mehdiyev 8 rayonun sakinlərini qəbul etdi

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün Gəncədə sakinləri qəbul edib.

DSMF-dən publika.az-a verilən məlumata görə, görüşdə Gəncə, Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən və Kəlbəcər sakinləri iştirak edib.

DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb - gətirilmələri təmin olunub.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə öncədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.

Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də, Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm