“Orada vəhşi qanunlarla yaşadığını hiss edirsən”- Leyla Əliyeva
Bizi izləyin

Qırmızı.az

“Orada vəhşi qanunlarla yaşadığını hiss edirsən”- Leyla Əliyeva

“Orada vəhşi qanunlarla yaşadığını hiss edirsən”- Leyla Əliyeva

Heyər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT radiosunun Rusiya bürosuna müsahibə verib.

AzərTac xəbər verir ki, Leyla Əliyeva Fondun Azərbaycan və Rusiyada fəaliyyəti barədə danışıb.

Müsahibədən bir hissəni təqdim edirik:

BMT radiosu: Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və bir çox sosial layihələrdə iştirak edirsiniz. İctimai fəaliyyətlə məşğul olmağa sizi nə vadar etdi?

L.Əliyeva: Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Onun işi həyatın bütün sahələrini –təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, indi artıq ekologiyanı da əhatə edir. Mənim özümə gəldikdə isə, bu ictimai fəaliyyətə öz töhfələrimi vermək üçün böyük imkandır. Hesab edirəm ki, Azərbaycan gəncliyinin hər bir nümayəndəsi hansısa dərəcədə buna öz töhfəsinə verməyi arzu edir. Əlbəttə, xeyir gətirə biləcək nə isə etmək imkanı varsa mən məmuniyyətlə bundan istifaə edirəm.

BMT radiosu: Fondun əsas layihələrindən danışın. Şəxsən özünüz hansı layihələrdən qürur duyursunuz?

L.Əliyeva: Layihələr çoxdur. Fond xeyli sayda mədəni tədbirlər, sərgilər, mühazirələr keçirir. Mənim ən sevdiyim layihələrdən biri “Bakıya uçuş” sərgisidir. Burada Azərbaycandan 21 müasir rəssam iştirak edir. İki il əvvəl Londonda start verilə n sərgi daha sonra Parisı, Romaya, Vena, Moskvaya uçdu və Bakıda başa çatdı. Sərgi imkan verdi ki, müasir Azərbaycan mədəniyyəti ilk dəfə dünya arenasına çıxsın. Sərgiyə pozitiv reaksiyaları görmək çox xoş idi. Mənim üçün Fondun sahiyyə və uşaqlarla iş sahəsində etdiyi hər şey çox vacibdir. Lakin hazırda məni hər şeydən çox talassemiya ilə bağlı layihə narahat edir. Fond, yəqin ki regionda ən böyük talassemiya mərkəzini açıb. Təəssüf ki, bu xəstəlik Azərbaycanda da mövcuddur. Xəstəlik dünyanın bütün ölkələrində mövcud deyil. Yaxşı xəbər ondan ibarətdir ki, bu yaxınlarda bu xəstəliklə bağlı dövlət proqramı yarandı.

BMT radiosu: İlin əvvəlində siz Nayrobidə oldunuz və orada BMT-nin baş katibinin müavini ilə görüşdünüz. Siz səfərinizin nəticələri ilə bağlı daha ətraflı danışa bilərsiniz və prinsipcə nə haqda söhbət etdiniz?

L.Əliyeva: Bu, mənim Afrikaya ilk səfərimdir. Mən İDEA yarandıqdan sonra artıq ekologiya ilə 3 ildir ki məşğulam. Bu kampaniyanın əsas məqsədi ətraf aləmin müdafiəsidir. Kampaniya bizim regionda gənclərlə işə istiqamətləndirilib. Biz bütün layihələrimizə kreativ yanaşma gətirməyə çalışırıq... Keniyaya gəldikdə isə, mənim üçün orada olmaq çox vacib idi. Çünki sən orada hiss edirsən ki başqa qanunlarla, vəhşi qanunlarla yaşayırsan. Bunlar unudulmaz təəssüratlar idi. Bundan sonra sən başa düşürsən ki istənilən təbiət dəyərlidir. Azərbaycana qayıtdıqdan sonra başa düşürsən ki bizdə hər şey başqadır. Bizdə 11 iqlim qurşağından 9-u var. Çox vacibdir ki, insanların kifayət qədər biliyi, təhsili olsun və onlar dərk etsinlər ki, bunlar nə qədər dəyərlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm