Qırmızı.az
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
AzərTAc xəbər verir
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevaprelin 23-də
Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında
siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafı
məmnunluqla qeyd olundu, Niderland Krallığı Senatının üzvü Rene Van
der Lindenin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin
əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə
əminlik ifadə edildi.
X X X
AzərTAc xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevaprelin 23-də İspaniya Krallığının xarici işlər və
əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun
başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi
nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında
əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar
olduğunu bildirdi. İspaniyanın Baş naziri Mariano Raxoy Breylə
Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev
görüş zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli
müzakirələr apardığını dedi. Dövlətimizin başçısı ölkələrimiz
arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi,
iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməsi üçün
qarşılıqlı marağın olmasının önəmini qeyd etdi.
Nazir Xose Manuel Qarsia-Marqalyo İspaniya Kralı Xuan Karlosun və
Baş nazir Mariano Raxoy Breyin salamlarını dövlətimizin başçısına
çatdırdı. O, İspaniyanın Baş naziri Mariano Raxoy Breyin Azərbaycan
Prezidentinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu
Prezident İlham Əliyevə təqdim etdi. İspaniyalı nazir ölkəsinin Baş
naziri Mariano Raxoy Breyin öz növbəsində Azərbaycan Prezidenti ilə
Vilnüsdəkı görüşünü məmnunluqla xatırladığını dedi. İspaniya xarici
işlər nazirinin ölkəmizə ilk səfərinin olduğunu vurğulayan Xose
Manuel Qarsia-Marqalyo əlaqələrimizin genişləndirilməsi baxımından
səfərin önəmini qeyd etdi.
Dövlətimizin başçısı İspaniya Kralı Xuan Karlosun və Baş nazir
Mariano Raxoy Breyin salamlarına görə minnətdarlığını bildirdi,
onun da salamlarını İspaniyanın Kralına və Baş nazirinə çatdırmağı
xahiş etdi.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK