ANS-dən Azad Rəhimova CAVAB
Bizi izləyin

Qırmızı.az

ANS-dən Azad Rəhimova CAVAB

ANS-dən Azad Rəhimova CAVAB

ANS Şirkətlər Qrupu gənclər və idman naziri Azad Rəhimovun telekanalı məhkəməyə verməsinə münasibət bildirib.

 

AzVision.az-a açıqlamasında telekanal prezidentinin media üzrə müşaviri Mais Məmmədov bildirib ki, bu Azad Rəhimovun hüququdur və o öz hüququndan istifadə edir."Bu onun hüququdur, o da öz hüququndan istifadə edir. Həm də biz korrupsiya ilə bağlı xəbəri saytdan götürmüşdük. Orada saytın adını da vermişik"-, deyə Mais Məmmədov əlavə edib.

 

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfrasında bildirib ki, ANS televiziyasını məhkəməyə verəcək. A.Rəhimov bu addımı nazirliyin Daşkəsən rayonundakı Gənclər Mərkəzinin tikintisində korrupsiya faktına yol verilməsi ilə bağlı yayılan iddialara görə atdığını bildirib.

 

Nazir televiziyanı dəqiqləşdirməmiş məlumat yaymaqda ittiham edib. O vurğulayıb ki, bu məlumatın yayılması Azad Rəhimova qarşı yox, prezidentin siyasətinə təxribatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm