Bakı metrosu yenidən qurulur
Bizi izləyin

Qırmızı.az

Bakı metrosu yenidən qurulur

Bakı metrosu yenidən qurulur

“Bakı Metropoliteni” QSC-nin nizamnaməsinin və strukturunun layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Mətbuat xidmətindən “Media forum”a bildirilib ki, yeni layihə prezident İlham Əliyevin sərəncamına uyğun olaraq hazırlanıb: “Metropoliten həmin sərəncamda göstərilən bütün vəzifələri yerinə yetirib”.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti prezident İlham Əliyevin 27 fevral sərəncamı ilə yaradılıb. Sərəncamda “Bakı Metropoliteni” QSC-nin nizamnaməsinin və strukturunun 2 ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunması tapşırılıb.

QSC yaradılandan az sonra metro stansiyalarının keçidindən ticarət köşkləri sökülüb. Mətbuat xidmətindən bildiriblər ki, ticarət mərkəzləri söküləndən stansiyalarda təmir işləri gedir və bu proses tam səliqə-sahman yaradılanadək davam edəcək.

Metroda reklamların yığışdırılmasına start verilsə də, bu proses hələ yekunlaşmayıb. Mətbuat xidmətindən bildiriblər ki, yaxın müddətdə bütün reklamlar, o cümlədən vaqonlarda reklam çarxları yayan monitorlar yığışdırılacaq: “Ümumiyyətlə, sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin eləmək üçün metropolitendə yenidənqurma işləri aparılır. Metromuzun daha yüksək standartlar cavab verməsini istəyirik. Görülən işlərdə bu prosesin bir hissədir”.

“20 Yanvar” stansiyasının keçidində hələ də fəaliyyət göstərən ticarət obyektlərinə gəlincə, mətbuat xidmətindən deyiblər ki, həmin ərazinin metropolitenə heç bir aidiyyəti yoxdur: “Ora piyada keçididir. Bu səbəbdən müdaxilə edə bilmərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm