Xalça muzeyində "Naxış" vuruldu
Bizi izləyin

Qırmızı.az

Xalça muzeyində "Naxış" vuruldu

Xalça muzeyində "Naxış" vuruldu

Azərbaycan Xalça Muzeyində “Naxış” layihəsi həyata keçirilib.

Publika.Az-ın məlumatına görə, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Xalça Muzeyinin təşkilati dəstəyi ilə keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd xalçaçılıq sənətini inkişaf etdirmək, gənclərin bu sahəyə marağını artırmaq, bu sənətlə məşğul olan gənclərin əl işlərinin sərgisini təşkil etməkdir.

Layihə rəhbəri İlhamə Qasımzadənin sözlərinə görə 50-yə yaxın gənc öz əl işlərini layihəyə təqdim edib, onlardan seçilən ən yaxşı işlərin sərgisi təşkil edilib. Tədbirin sonunda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı I, II və III yer sahibləri sertifikat və mükafatlarla təltif olunub. Layihəyə təqdim olunmuş əl işlərindən kataloq hazırlanıb və layihə iştirakçılarına və sərgiyə nümayişə gələnlərə təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm