Kərəm Həsənov yeni planlardan danışdı
Bizi izləyin

Qırmızı.az

Kərəm Həsənov yeni planlardan danışdı

Kərəm Həsənov yeni planlardan danışdı

Əmlak Məsələləri Dövlət Komitəsində 2014-cü ilin ilk rübünün nəticələri ilə bağlı müşavirə keçirilib.

Komitədən “Media forum” saytına daxil olan məlumata görə, məruzə ilə çıxış edən sədr Kərəm Həsənov deyib ki, komitə 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb: “Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə portal istifadəyə verilib. Bu il daha 15 xidmətin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur. Bu ilin ilk rübündə artıq 7 yeni elektron xidmət təsdiq olunub”.

Yeni 7 elektron xidmətə gəlincə, bunlar dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır.

İl ərzində istifadəyə veriləcək digər yeni elektron xidmətlərə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.

Məlumatda deyilir ki, cari ilin birinci rübündə ölkə üzrə 44000-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bunlardan 12500-ü ilkin, 31500-ü isə təkrar qeydiyyata aid olub. Bununla yanaşı rüb ərzində 9000-ə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm