“Leyla Yunusun hay-küyü “qarğa məndə qoz var” deməkdir”
Bizi izləyin

Qırmızı.az

“Leyla Yunusun hay-küyü “qarğa məndə qoz var” deməkdir”

“Leyla Yunusun hay-küyü “qarğa məndə qoz var” deməkdir”

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsinə etiraz etməsinə münasibət bildirib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, hər bir hadisədə adı hallanan vətəndaş ilk növbədə hüquq-mühafizə orqanlarının araşdırmalarının nəticələrini gözləməlidir.

Onun sözlərinə görə, əgər bir insan saxlanılırsa, bundan ötrü hay-küy salmağa ehtiyac yoxdur: “Ancaq bu məsələ ilə bağlı Leyla Yunusun hay-küyü “qarğa məndə qoz var” deməkdir. Çünki Leyla Yunusun kimliyi, erməni mənşəli olması və erməni mənşəli adamla ailə həyatı qurması hamıya bəllidir. Leyla Yunus dəfələrlə Ermənistanda olub. O, vaxtilə hərbi kəşfiyyatın agenti olub. İndi də Leyla Yunus “sülh və demokratiya uğrunda” adı altında öz fəaliyyətini davam etdirir. İndiyədək onun müdafiə etdiyi adamlar Azərbaycan ərazilərində terror törədən, metro partladan, Azərbaycanın ərazi bütövlüyünü parçalamaq istəyən Ələkrəm Hümbətovlar, vətənimizin ərazilərini satan Rəhim Qazıyevlərdir. Odur ki, Leyla Yunusun dediyi hamıya tam aydındır. Onun həbs olunması heç nəyi dəyişməz. Elə Leyla Yunus da həbs olunmağını istəyir ki, bununla o hay-küy salıb dünyaya və vətəni olan Ermənistandan dəstək alsın və Azərbaycanın imicinə ziyan vursun”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm