• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda kütləvi dava: xəsarət alanlar var - FOTOLAR

Bakıda kütləvi dava: xəsarət alanlar var - FOTOLAR

Gecə Bakının Xətai rayonu ərazisində kütləvi dava baş verib. Şahidlərin məlumatına görə, hadisə saat 22 radələrində Əhmədli qəsəbəsində “Fəridə” şadlıq evinin qarşısında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada xəsarət alanların olduğu bildirilir.

Xəsarət alanların bir neçəsinə hadisə yerinə cəlb edilən təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Əlbəyaxa dava edən qrupları sakitləşdirmək üçün hadisə yerinə polis əməkdaşları gəlib. Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də bir müddət məhdudlaşıb.

Xətai rayon polis idarəsindən adıçəkilən ünvanda insidentin olduğunu təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib. İdarədən onu da bildirdilər ki, hadisənin səbəblərinin müəyyən edilməsi üçün də artıq araşdırmalar başlanılıb. /Ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR