• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Tələbə gənclər arasında olimpiada keçirilib

Tələbə gənclər arasında olimpiada keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərərgahında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, ATGTİ-nin təşkilati dəstəyi ilə “Kompüter Bilikləri Olimpiadası” layihəsinin mükafatlandırma mərasimi keçirilib.

Publika.Az –ın məlumatına görə, layihənin məqsədi tələbə gənclərin informasiya texnologiyaları sahəsində biliklərini yoxlamaq, onların bu sahədə inkşafına töhfə verməkdir.

Mükafatlandırma mərasimində çıxış edən ATGTİ-ni elm təhsil departamentinin direktoru Əzizə Nəcəfova bildirib ki, 400-dən çox gənc olimpiadada iştirak üçün müraciət edib. İki mərhələdən ibarət olun layihəinin final mərhələsində 100-ə yaxın gənc iştirak edib.

Layihənin I, II, III yerlərinin qalibləri olan Zaur Allahverdiyev, Sevinc Şabanova, Elşən Rəsullu diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR