Artur Rəsizadə Qarabağdan danışdı
Bizi izləyin

Qırmızı.az

Artur Rəsizadə Qarabağdan danışdı

Artur Rəsizadə Qarabağdan danışdı

Baş naziri Artur Rəsizadə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallonu qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı İspaniya ilə Azərbaycan arasındakı mövcud münasibətlər fonunda iqtisadi əməkdaşlığın səviyyəsinin ölkələrin potensialına cavab vermədiyi qeyd olunub. Bu istiqamətdə qanunvericilik bazasının yaradılması və hüquqi tənzimləmə prosedurlarının hazırlanmasının, habelə iqtisadi əməkdaşlığa dair ikitərəfli komissiyanın yaradılmasının iki ölkə arasında əlaqələrin genişlənməsinə təkan verəcəyi nəzərə çatdırılıb.


Görüşdə bildirilib ki, İspaniya nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində işgüzar dairələrin təmsilçilərinin iştirakı ilə keçiriləcək biznes-forumda əməkdaşlığın perspektivləri ətraflı müzakirə ediləcək, xüsusən enerji, tikinti, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, turizm sahələrində birgə fəaliyyətə dair danışıqlar aparılacaq.


Daha sonra Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən A. Rasizadə bəzi beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşıldığını vurğulayıb, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkənin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri ilə həllinin vacib olduğuna dair Azərbaycanın mövqeyini bir daha nəzərə çatdırıb.


Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm