Azərbaycanda təhlükəli statistika: 422 xəstə ölüb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda təhlükəli statistika: 422 xəstə ölüb

“Azərbaycanda ötən il 422 xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib”.



Bunu AzVision.az-ın sorğusunu cavablandırarkən Səhiyyə Nazliriyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O bildirib ki, 2013-cü il ərzində ölkə ərazisində tibb müəssisələrində 170 min 755 cərrahi əməliyyat keçirilib.



Nazirlik rəsmisinin sözlərinə görə, dünyasını dəyişən xəstələrdən neçəsinin həkim səhvi ucbatından ölməsi barədə məlumat yoxdur.


“Bunu tibbi ekspertizanın komissiyası müəyyən edir”.



Xəstə yaxınları tərəfindən nazirliyə mürcaiətlərin sayına gəlincə isə Anar Qədirli deyib ki, 2013-cü il ərzində 28 şəxs haqqında müraciət daxil olub və bu şikayətlərin hamısı araşdırılıb: “Müalicə prinsiplərinin pozulması ilə bağlı 7 hal aşkarlanıb və bu, tibbi ekspertizanın komissiyyasında müzakirə edilib. Ümumilikdə 35 tibb işçisi müxtəlif dərəcəli administrativ cəzalara cəlb olunub”.


Nazirlik rəsmisi həmçinin qeyd deyib ki, müalicə zamanı səhvə yol verən həkimlərlə bağlı müxtəlif cəzalar müəyyən edilib.



“Əgər həkim xəstənin ölümünə səbəb olubsa, birinci növbədə həmin həkim işdən azad olunacaq. Bundan sonra həmin məsələ ilə prokurorluq məşğul olur. Digər hallarda isə, yəni həkim səhvi ölümlə nəticələnməyibsə, bu zaman xəbərdarlıqdan tutmuş cərrahiyə əməliyyatlarından uzaqlaşdırılmaya qədər cəzalar verilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm