Bakının mərkəzində yerləşən cəzaçəkmə müəsisələri köçürüləcək
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində yerləşən cəzaçəkmə müəsisələri köçürüləcək

"Şəhərin mərkəzində yerləşən cəzaçəkmə müəsisələri köçürüləcək".  Publika.Az-ın məlumatına görə, bunu Mədət Quliyev deyib.  

 

O bildirib ki, əvvələr bu cür müəssisələr şəhərin ətraf rayonlarında yerləşirdi. Hazırda şəhərin nöyüməsi nəticəsində bu cür müəssisələrin digər yerlərə köçürülməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə tikintilər gedir. Lənkəran, Kürdəmir və Gəncə şəhərlərində də cəzaçəkmə müəssisələri tikilir.   Mədət Quliyev məhbusların qida rasionundan danışıb: "Ötəni il Belçikada rəsmi səfərdə olanda, bu mövzuya xüsusi diqqət yetirildi. Bizdə  məhbuslara yüksək karolili xüsusi rasion verilir. Diabet və şəkər xəstələrinə xüsusi, onlara aid olan qida verilir. Keçən il biz ölkənin tanınmış kulinarlarına müraciət etdik. Bizim aşpazların profissional hazılrlıqlarını yüksək səviyəyə çatdırıldı.   Mədət Quliyev məhbuslar arasında diabet, şəkər və vərəm xəstələrinin sayını açıqlayıb. O bildirib ki, 492 nəfər şəkər diabetibxəstəliyindən əziyyət çəkir. Ədliyyə nazirliyinin tibb xidməti tərəfindən sözü güdən xəstələrə müalicəsi istiqamətindəxüsusi xidmət göstərilir.

 

 

 

Vərəm xəstəliyinə tutulan məhbusların da müalicəsi istiqamətində işlər aparılır. Bizdə bunun üçün müalicə müəssisəsi var. Beynəlxalq qızıl xaç cəmiyyəti Azərbaycanda vərəm xəstəliyinin müalicəsinə dəstək göstərirlər. Bizdə bu məhbuslar arasında bu xəstələrin sayə dünyanın digər ölkələri ilə müqayisədə çox deyil. Bu uahədə işlər davamlı olraq aparılır. Azərbaycanda məhbuslar arsında 329 vərəm xəstəsi var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm