Azyaşlı qızı zorlayan daş-qalaq ediləcək
Bizi izləyin

Qırmızı.az

Azyaşlı qızı zorlayan daş-qalaq ediləcək

Nigeriyanın Nomanslent şəhərinin şəriət məhkəməsi azyaşlı qıza hücum edən pedofil barəsində ölüm hökmü çıxarıb.

Bu cəza təqsirkarın daş-qalaq edilməsi ilə həyata keçiriləcək. 63 yaşlı Ubeyla Saudi Dutsan kütlə qarşısında əzablı edam gözləyir. Məhkəmə onun Qezava şəhərindən olan Şəmsiyə adlı 12 yaşlı qızı zorladığını sübut edib.

Məlumatda qeyd edilir ki, nəticədə Dutsandan SPİD-ə də yoluxub. Azyaşlı qızın zorlanmasını tibbi müayinələr də təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm