
Ötən gün Zaqatala rayonu ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Muxax kəndinin
ərazisində qeydə alınıb.
Belə ki, Balakən şəhər sakini Ramin Həsənov idarə
etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca
vurub.
Qəza nəticəsində R.Həsənovun sərnişinlərindən
biri, Balakən rayon sakini Məhərrəm Mehdili hadisə yerində ölüb.
Sürücünün özü və digər sərnişinləri Füzuli Xəlilov və Fikrət Ağayev
xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma
aparılır.