MTN nazirin Facebook səhifəsini araşdıracaq
Bizi izləyin

Qırmızı.az

MTN nazirin Facebook səhifəsini araşdıracaq

MTN nazirin Facebook səhifəsini araşdıracaq

Azərbaycanın bir çox nazirlərinin sosial şəbəkələrdə səhifəsi və profilləri mövcuddur. Bu nazirlərin siyahısında milli təhlükəsizlik naziri Eldar Mahmudovun da adına rast gəlmək mümkündür. 2500-dən çox izləyicinin bəyəndiyi səhifədə əsasən Milli Təhlükəsizlik Nazirliyinə aid xəbərlər paylaşılır.

Sözügedən səhifənin nazir Eldar Mahmudova aid olub-olmadığı dəqiq bilinmir.

AzVision.az məsələ ilə bağlı nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayıb.

AzVision.az-ın sorğusuna cavab olaraq, MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, nazirliyə məxsus Facebook-da rəsmi səhifə fəaliyyət göstərir:

“Milli Təhlükəsizlik Nazirliyinə məxsus Facebook-da rəsmi səhifə var. Eldar Mahmudovun adına olan səhifəni isə araşdıracağıq”,-deyə nazirlik rəsmisi qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm