Müxbirini zorlayan baş redaktorun işi prokurorluğa göndərildi - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Müxbirini zorlayan baş redaktorun işi prokurorluğa göndərildi - YENİLƏNİB

Bakının Binəqədi rayonunda qəzet redaksiyasında işçisini zorlamaqda günahkar bilinən baş redaktorun işi üzrə materiallar Binəqədi rayon Prokurorluğuna göndərilib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən məlumat verilib. Məlumata görə, bölmədə aparılan təhqiqat araşdırması yekunlaşıb. Fakta qiymət verilməsi üçün şikayət üzrə toplanan materiallar Binəqədi rayon Prokurorluğuna göndərilib. Prokurorluq zorlama faktı ilə bağlı məhkəmə tibbi ekspertizası təyin edib. Ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

***

Ötən həftə Bakının Binəqədi rayonunda işçisini zorlayan baş redaktorun kimliyi məlum olub.

Hüquq-mühafizə orqanlarından Teleqraf.com-a verilən məlumata görə, zorlama hadisəsi “Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib.


Aprelin 18-də Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən 25 yaşlı xanım jurnalist zorlandığını bildirib. O, qəzetin redaksiyasında işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. Zorlama faktı ilə bağlı 5-ci polis bölməsində araşdırma aparılır.


Iddia olunur ki, baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər.


Baş verən hadisələr aparılacaq təhqiqat araşdırmasının sonunda məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm