Siyavuş Novruzov: “Elton Məmmədovun övladları tərbiyəli adamlardır”
Bizi izləyin

Qırmızı.az

Siyavuş Novruzov: “Elton Məmmədovun övladları tərbiyəli adamlardır”

Siyavuş Novruzov: “Elton Məmmədovun övladları tərbiyəli adamlardır”

“Elton Məmmədovu yaxşı tanıyıram, deputat həmkarımdır, özü ilə də çox yaxşı münasibətlərim var. Ona qarşı kimsə hər hansı yazılar yazırsa, mənim adımdan istifadə etməsin”.

Bu sözləri Publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

YAP-çı deputat Elton Məmmədov və onun oğlu haqqında hər hansı fikir söyləmədiyini deyib: “Elton Məmmədovun övladları ağıllı və tərbiyəli adamlardır. Onların pis hərəkətini görməmişəm. Ötən gün mən ümumilikdə məmur övladları, onların dəbdəbəli həyatı və fəaliyyəti haqqında söz demişəm. Lakin bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm