FHN 93 yaşlı qadını xilas etdi
Bizi izləyin

Qırmızı.az

FHN 93 yaşlı qadını xilas etdi

FHN 93 yaşlı qadını xilas etdi

Səbaildə 1921-ci il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlarla açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm