2 azyaşlı uşaq xilas edildi
Bizi izləyin

Qırmızı.az

2 azyaşlı uşaq xilas edildi

Bakıda 2 azyaşlı uşaq xilas edilib.



Bakı şəhərinin Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.



Publika.az-ın FHn-nin saytına istinadən verdiyi məlumata görə,FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.



Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə damdan enərək daxil olublar.



Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm