Qırmızı.az
Samuxda oğuru dəstəsi zərərsizləşdirilib
Gəncə və Goranboy sakinləri olan qrup üzvləri təkcə Samuxda iki mağazanı talayıb. Onların ətraf şəhər və rayonlarda da bənzər cinayətləri törətmələri güman olunur.
Publika.aqz Kəpəz TV-yə istinadən məlumat verir ki, son 20 gün
ərzində Samux rayonunda iki mağaza talanıb. Hər iki mağazaya eyni
üsulla qapını sındırma yolu ilə daxil olan naməlum şəxslər oradan
nəğd pul və qiymətli əşyalar oğurlayıblar.
İlk cinayət əməli Sərvan Nəsibova məxsus mağazada qeydə alınıb.
Daha sonra çrikin əməllərindən əl çəkməyən həmin şəxslər Cavanşir
Hüseynova məxsus mağazanı da talayıblar. Mağaza sahiblərinin
sözlərinə görə, cinayət hadisəsindən sonra onlara təxminən 8 min
manat dəyərində maddi ziyan dəyib.
"Çöldən baxanda içəri görünürdü. Gördüm ki, piştaxta təmizdir. Gözə
dəyəsi nə var hamısını yığışdırıblar. Elə o vəziyyətdə də polisə
məlumat verdik",- mağaza sahibi Sərvan Nəsibov deyib.
Polisin araşdırması o qədər də uzun sürməyib. Keçirilən zəruri
əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli
bilinən 4 nəfər saxlanılıb. Onlar Gəncə və Goranboy
sakinləridir.
"Bunlardan ikisi Gəncə sakinləri Allahverdiyev Hüseyn və Məmmədov
Anar, daha iki nəfər isə Goranboy şəhər sakinləri Seyidov Pərvin və
Hüseynov Elçindir. Tərəfimizdən həmin şəxslər saxlanaraq istintaq
qrupuna təhvil verilib", - Samux RPŞ-nin baş əməliyyat müvəkili
Elşad Kərimov deyib.
Saxlanılan şəxslər törətdikləri cinayət əməlini səmimi etiraf
ediblər.
Onların sözlərinə görə, cinayəti sərxoş halda və bəzi ehtiyaclarını
ödəmək üçün törədiblər.
Dəstə üzvlərinin Samuxla yanaşı respublikanın başqa şəhər və
rayonlarında da bənzər cinayətlər törətdiyi güman olunur. Hətta
qrup üzvlərinin sayının artacağı da istisna deyil. Hazırda bu
istiqamətdə əməliyyat istintaq tədbirləri aparılır.
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ