• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, axşam və gecə şimşək çaxacağı ehtimalı var, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaşimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-5°isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın 9-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Aprelin 25-dən 28-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu 25-də 13-17°, 26-da 15-20°, 27-də 13-16° isti təşkil edəcəkdir. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, şimal küləyinin tez-tez güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR