Narkotik maddə alüdəçisi saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Narkotik maddə alüdəçisi saxlanıldı

Narkotik maddə alüdəçisi olan 41 yaşlı Kamran Məmmədov növbəti dəfə məhkumluq həyatı yaşamalı olacaq. Xətai Rayon Polis İdarəsinin əməkdaşları onu elə iş başında yaxalayıblar.

Narkotik maddə alüdəçisi olan 41 yaşlı Kamran Məmmədov növbəti dəfə məhkumluq həyatı yaşamalı olacaq. Xətai Rayon Polis İdarəsinin əməkdaşları onu elə iş başında yaxalayıblar.

Kamran Məmmədov narkotikaya alüdəçiliyinin sağalmaz bir xəstəlik olduğunu deyir. Onun sözlərinə inansaq, hər dəfə bununla mübarizə aparmağa çalışsa da, səyləri heç bir nəticə verməyib.

Əməlindən peşiman olmadığını deyən Kamranın bu ilk məhkumluğu olmayacaq. O, 3 il bundan öncə də analoji əməlinə görə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

İndi onun ömrünün neçə ilini dəmir barmaqlıq arxasında keçirəcəyi Xətai Rayon Polis İdarəsində başlanılan cinayəti işinin sonunda bəlli olacaq. /Ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm