Xaçmazda zəncirvari qəza: İki nəfər yaralanıb
Bizi izləyin

Qırmızı.az

Xaçmazda zəncirvari qəza: İki nəfər yaralanıb

Xaçmazda zəncirvari qəza baş verib, iki nəfər yaralanıb.

Xaçmazda zəncirvari qəza baş verib, iki nəfər yaralanıb.

Hadisə Xaçmaz şəhəri Atatürk və 20 yanvar küçələrinin kəsişməsində qeydə alınıb. 26 yaşlı Xaçmaz şəhər sakini Nail Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobil öncə 21 yaşlı Xaçmaz şəhər sakini Elvin Cəfərovun idarə etdiyi "Vaz 2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Bu zaman idarəetməni itirən "Niva"nın sürücüsü Nail Məmmədov avtomobilini yol kənarında dayanan 27 yaşlı Xaçmaz şəhər sakini Fuad Cəfərova məxsus ı "Vaz 21015" markalı nəqliyyat vasitəsinə vurub. Lakin toqquşma bununla da bitməyib. Daha sonra "Niva" markalı avtomobil daş hasara çırpılıb.

Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza zamanı xəsarət alan şəxslər "Niva"nın sürücüsü Nail Məmmədov və "Vaz 21 07"nin sürücüsü Elvin Cəfərov Xaçmaz Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.

Qəzanın dəqiq başvermə səbəbləri Xaçmaz rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda məlum olacaq. /Rtv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm