Ermənilərin planlaşdırdığı aksiya baş tutmadı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ermənilərin planlaşdırdığı aksiya baş tutmadı - FOTOLAR

Ermənilərin planlaşdırdığı aksiya baş tutmadı - FOTOLAR

İsveçin paytaxtı Stokholmda bir neçə həftədir hazırlıqları gedən erməni və assuriyalıların qondarma soyqırım aksiyası baş tutmayıb.

Publika.az-ın məlumatına görə, buna səbəb aksiyaya heç kimin qatılmaması olub.

İsveç Erməni Federasiyası və assuriyalıların Stokholmun mərkəzi sayılan Sergel meydanında keçirdikləri aksiyaya turistlər belə biganə qalıb.

İsveçdə 5 min erməni, 40 min assuriyalı yaşamasına və hava şəraitinin də əlverişli olmasına baxmayaraq, onlar mitinqdə iştirak etməyib, əvəzində isə piknikə getməyə üstünlük veriblər.

İsveç Erməni Federasiyasının üzvləri və bir-iki assuriyalı aksiyanın baş tutmamasından və həmvətənlərinin passivliyindən pərişan olublar. Belə ki, qondarma erməni soyqırımı aksiyasında bayraqların sayı insanlardan çox olub. İştirakçılara paylamaq üçün hazırlanmış broşürlər də təşkilatçıların əllərində qalıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm