Bakıda metrostansiyaların sayı 76-ya çatdırılacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda metrostansiyaların sayı 76-ya çatdırılacaq

"Badamdar, Zığ, Binəqədi, Yeni Yasamal, Bakıxanov, Bibiheybət, Keşlə, Qaraçuxur, Yeni Günəşli metrostansiyaları inşa olunacaq".

Bakıda metrostansiyaların sayı 76-ya çatdırılacaq.



Bu barədə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.



Mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, daha bir yenilik isə metroda daha üç xəttin - mavi, bənövşəyi, sarı xətlərin açılması olacaq:



"Hazırda Bakı metrosunda Həzi Aslanov-İçərişəhər qırmızı, Dərnəgül-Xətai yaşıl xəttin üzərində fəaliyyət göstərir. Tikiləcək stansiyaların depoları indiki kimi 5 deyil, 7 vaqon tutumuna malik olacaq. Bakı metrosunun yaxın 20 illik inkişaf planına yeni stansiyaların inşası ilə yanaşı, istismarda olan stansiyaların bəzisinin yenidən qurulması da daxildir. Həmin plana əsasən, Badamdar, Zığ, Binəqədi, Yeni Yasamal, Bakıxanov, Bibiheybət, Keşlə, Qaraçuxur, Yeni Günəşli metrostansiyaları inşa olunacaq".



Qeyd edək ki, hazırda metrostansiyaların sayı 23-dür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm