ADAU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb
Bizi izləyin

Qırmızı.az

ADAU xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb

Varşava Təbiət Elmləri Universiteti ilə ADAU arasında birgə əməkdaşlıq memorandumu imzalanıb

25 aprel 2014-cü il tarixdə Varşava Təbiət Elmləri Universitetinin rektoru professor, doktor Alojzi Szimanski, prorektor professor Vieslav Bielavski, rektor ofisinin rəhbəri professor Anna Zuçovska və beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Miçezlav Riqalski Azərbaycan Dövlət Aqrar Universitetinə səfər ediblər.

Səfərin məqsədi iki universitet arasında ikitərəfli memorandumun imzalanması, əməkdaşlıq əlaqələrinin qurulması, aqrar sektor üzrə birgə elmi tədqiqatların aparılmasıdır.

Rektor və nümayəndə heyəti ilə təşkil edilən görüşdə ADAU-nun rektoru professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universiteti və onun Respublikanın kənd təsərrüfatı sektorundakı rolu barədə qonaqlara ətraflı məlumat verib. Rektor qeyd edib ki, ADAU respublikanın aqrar sektoru üçün daim yüksəkixtisaslı və peşakar kadrlar hazırlayıb. Boloniya prosesinə qoşulan universitetdə yüksək səviyyədə tədris prosesi həyata keçirilir. İ.Cəfərov onu da qeyd edib ki, bu gün universitetin maddi-texniki bazasının və tələbələrin praktik vərdişlərinin inkişaf etdirilməsi istiqamətində çoxsaylı işlər həyata keçirilir və bu ənənə bundan sonra da uğurla davam etdiriləcək.

Varşava Təbiət Elmləri Universitetinin rektoru professor Alojzi Szimanski də öz növbəsində hər iki Universitet arasında yaxın gələcəkdə birgə elmi tədqiqat və konfransların keçirilməsinin, tələbə-müəllim mübadiləsi prosesinin labüdlüyünü qeyd edib. O, bildirib ki, hər iki Universitetdə fakültələr və tədris proqramları arasında böyük uyğunluqlar mövcuddur. Odur ki, yaxın gələcəkdə fakültə dekanları arasında da bu cür qarşılıqlı görüşlərin keçirilməsi məqsədəuyğun olardı.

Sonra hər iki universitet rektoru birgə əməkdaşlıq memorandumu imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm