Nazir müavini "Ans" də yayımlanan reportajlardan danışdı
Bizi izləyin

Qırmızı.az

Nazir müavini "Ans" də yayımlanan reportajlardan danışdı

Nazir müavini "Ans" də yayımlanan reportajlardan danışdı

Son günlər ANS telekanalında Gənclər və İdman nazirliyi ilə bağlı idman komplekslərinin tikintisində onlara alınan avadanlıqların verilməməsi Beynəlxalq yarışlarada yer tutan idmançılara normadan artıq pulların verilməsi haqda korrupsiya faktları ilə bağlı reportaj hazırlanır.

Xeberdar.az saytı reportajların hazırlandığı Gənclər və İdman nazirliyinin səlahiyyətli şəxslərindən məsələyə münasibət öyrənmək üçün onlarla əlaqə saxlayıb.Yayılan məlumatlara Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov cavab verib. Nazir müavini saytımıza açıqlamasında yayılan məlumatların qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini bildirib. “Verilən məlumatlar yalandı, absurdu..Nazirlər kabinetinin qərarına əsasən 1-ci yeri tutan idmançıya 10 min, məşqçisinə 5 min, ikinci yeri tutan idmançıya 5 min, məşqçisinə 2500 manat verilir. Bu rəqəmlər Nazirlər Kabinetinin qərarında konkret göstərilib. Necə ola bilər ki, orda kiməsə artıq və ya əksik pul ödənsin. Kim öz cibindən pul verər? Federasiyanın məktubu olmasa biz hər hansı yerə səfər belə təşkil etmirik. Federasiyaya göndərilən məktubda da qiymətlər konkret göstərilir. Qaldı ki, guya hansısa aparatların saxlanıldığını verib “Ans”… bu necə ola bilər? Olimpiya kompleslərinə verilən aparatlara cavabdeh olan şəxs qol çəkib avadanlıqları qəbul edir, əgər burda nəsə əksik olsa, cavabdehin üzərində qalır.Göründüyü kimi verilən məlumatlar qərəzli, yalan məlumatlardı. Belə şeylər Gənclər və İdman nazirliyində ola bilməz.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm