Nazirlik 3 min manat mükafat verəcək
Bizi izləyin

Qırmızı.az

Nazirlik 3 min manat mükafat verəcək

Nazirlik 3 min manat mükafat verəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.

Bu barədə publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Loqo dizaynı özündə nazirliyin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir.Orijinal, rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Qalib gəlmiş loqo istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Təqdim olunan loqotiplər loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə), loqotipin vektor versiyasından (*eps, *ai, *cdr (12-ci versiya))ibarət olmalıdır.

Təklif olunacaq eskiz və layihələr aprelin 25-dən "[email protected]" e-mail ünvanına və ya Zərifə Əliyeva 33, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətinə göndərilməlidir.

Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir. Təkliflərin göndərilməsi üçün son müddət mayın 15-dir.

Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.

Təqdim olunan təkliflərə komissiya tərəfindən mayın 20-ə qədər baxılaraq müsabiqənin qalibi elan olunacaq.

Müsabiqənin qalibinə 3 min manat məbləğində mükafat təqdim ediləcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm