• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İnək Gəncə bazarını bir-birinə qatıb

İnək Gəncə bazarını bir-birinə qatıb

Bu gün Gəncənin avtomobil bazarında qəribə hadisə yaşanıb.Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bazara girən inək avtomobillərin və insanların üzərinə hücum edib. Satıcı və alıcılar təşvişə düşərək, ərazidən qaçmağa başlayıblar. İribuynuzlu heyvan 5 avtomobilə zərər vurub.

Bazara polis, Baytarlıq İdarəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Heyvanı zərərsizləşdirmək mümkün olub.İnəyin kimə məxsus olduğu və əraziyə necə gəldiyi araşdırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR