Polis insan hüquq və azadlıqlarının təminatçısıdr…
Bizi izləyin

Qırmızı.az

Polis insan hüquq və azadlıqlarının təminatçısıdr…

Cəmiyyət dəstəkli polis insan hüquq və azadlıqlarının təminatçısıdr…

Aprelin 25-də Səbail Rayon Polis İdarəsində Səbail, Nizami, Yasamal, Nəsimi, Qaradağ RPİ-lərin İctimai Şura üzvlərinin iştirakı ilə “Vətəndaş cəmiyyətinin inkişafı, polis orqanları ilə İctimai Şura üzvləri arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində qabaqcıl təcrübənin öyrənilməsi” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan İdarə rəisi, polis polkovniki İlqar Mahmudov bildirib ki, hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində ictimaiyyət asayişin təmin olunmasında yaxından iştirak edir və bu gün qibtə ilə baxdığımız inkişaf etmiş Avropa ölkələrində vətəndaşlar ictimai asayişin təmin olunmasına böyük səy göstərirlər.

Bu ölkələrdə qanunları pozanları ilk məzəmmət edənlər, məhz sadə vətəndaşlar - ictimaiyyət nümayəndələri olur. Avropalılar yaşadıqları cəmiyyətdəki insanların qanun pozuntularına göz yummur, baş verən bütün neqativ hallarla bağlı polisi dərhal məlumatlandırırlar. Bu baxımdan, bizdə də vətəndaşlar ictimai asayişin qorunmasına, təhlükəsizliyin təmin olunmasına biganə qalmamalıdırlar. Yalnız bu halda dövlət orqanları ictimai asayişə təhlükə yaradan amilləri tez və təhlükəsiz zərərsizləşdirə bilərlər.

Qeyd olunub ki, vətəndaşların ictimai asayişin təmininə könüllülük əsasında cəlb edilməsi, məktəblərdə, müxtəlif əmək kollektivlərində məhz İctimai Şura üzvlərinin cəmiyyətin müxtəlif təbəqələri ilə görüşlər keçirməsi öz müsbət nəticələrini verməklə yanaşı, polisin fəaliyyətində də dönüş yaradıb. Belə ki, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin orta hesabla 80 faizi vətəndaşlarımızın yaxından iştirakı ilə açılıb.

Sonra DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov konfransın gündəliyini elan edib və aprel ayının 1-də və 2-sində “Şəhər, rayon, polis orqanlarının sahə rəisləri və polis sahə inspektorlarının ümumrespublika toplantısı”na diqqət çəkərək bildirib ki, həmin toplantıda 35 nəfər İctimai Şura üzvünün iştirakı ondan xəbər verirdi ki, ictimai təhlükəsizliyin təmini sahəsində, polis-vətəndaş əlaqələrinin möhkəmlənməsində, əhali arasında tərbiyəvi-hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasında onların fəal iştirak etmələri DİN rəhbərliyinin diqqət mərkəzindədir. Artıq ölkəmizdə buna bənzər praktika tətbiq edilməkdədir və etiraf edilməlidir ki, insan hüquqlarının təmin olunması sahəsində böyük nailiyyətlər əldə edilib. Yəni, ictimai nəzarəti həyata keçirən müxtəlif vətəndaş cəmiyyətlərinin fəaliyyəti nəticəsində bir sıra neqativ halların qarşısını almaq mümkün olub. İctimai şuranın yaradılması ilə cəmiyyəti, konkret olaraq cəmiyyətin fəal üzvlərini ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, eləcə də, cəmiyyətin maarifləndirilməsi işinə cəlb edilməsi, qanunazidd halların aradan qaldırılmasında ictimaiyyətin imkanlarından geniş istifadəyə imkan yaranacaq. Bu isə birbaşa vətəndaşlarla polis arasında körpü rolunu oynayacaq.

İctimai Şura üzvləri arasında əməkdaşlığın təkmiləşdirilməsi istiqamətində qabaqcıl təcrübənin öyrənilməsinə, polisin fəaliyyətində ictimai əhəmiyyətli qərarların qəbulu zamanı İctimai Şura üzvlərinin iştirakına həsr olunduğunu xatırladan H. Eyvazov artıq bu sahədə mükəmməl bir hüquqi bazanın yaradıldığını, polis sahə məntəqələrində İctimai Şuraların formalaşması və onların fəaliyyətinin müəyyən edilmiş qaydalara uyğun təşkilinin günbəgün genişləndiyini, bu günə kimi 3957 nəfərin İctimai Şura üzvlüyünə qəbul edildiyini, Şuralarının işinin qanunçuluğa, vətəndaşların hüquq və azadlıqlarına riayət olunması, insanların şərəf və layəqətinə hörmət edilməsi prinsiplərinə uyğun qurulduğunu bildirib. Daha sonra çıxış edən İctimai Şura üzvləri ölkə və DİN rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş və gələcəkdə də ictimai şuraların fəallığının artırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.

Hafiz Təmirov polis kapitanı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm