• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda liftdə qalmış şəxs xilas edilib

Bakıda liftdə qalmış şəxs xilas edilib

Bu gecə Xətai rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldıraraq qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb. Əməliyyat saat 01:21-də başa çatıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR