• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ŞOK! Delfinlər üzgüçünü akulanın ağzından aldı (FOTO)

ŞOK! Delfinlər üzgüçünü akulanın ağzından aldı (FOTO)

Delfinlər üzgüçünü akulanın ağzından xilas edib. ANS PRESS-in məlumatına görə, “Ocean's Seven” üzgüçülük marafonunun iştirakçısı 8 saatlıq üzməsini hələ çox xatırlayacaq.

Üzdüyü müddətdə iştirakçı Kuka körfəzini keçib. Burada üzgüçü akulanın diqqətini cəlb edib. Elə bu anda bir sürü delfin üzgüçünün köməyinə gəlib.

Birtaniyalı üzgüçü Adam Uolker ona tərəf üzən akula üzgəci görüb. Birdən Uolkerin yanına Sakit okeanın digər sakinləri olan delfinlər gələrək onu hər tərəfdən dövrəyə alıb və bununla da akulanın üzgüçüyə yaxınlaşmasının qarşını alınıb.

Britaniyalı Adamın sözlərinə görə, 10 ədəd delfin təhlükə sovuşmayana qədər onu 1 saat müddətinə müşayiət edib. Bu tamaşaçılar üçün möcüzəvi an olub. 10 ədəd delfin Adamın ətrafında sanki rəqs edib. Amma, tamaşaçıların çox az bir hissəsi üzgüçüdən kifayət qədər uzaq məsafədə dayanan akulanı görə bilib.

“Mən Kuka körfəzini 8 saat 36 dəqiqəyə üzüb keçdim, amma bu güclü təəssürat yaratmadı. Əsas odur ki, mənim arzum həyata keçdi, mən delfinlərlə 1 saat üzdüm! Mən inanıram ki, onlar məni qorudu və evimə yola saldı. Bu hadisə həmişəlik mənim yaddaşımda qalacaq” - deyə Adam Uolker özünün Facebook şəbəkəsindəki səhifəsində yazıb.





Xəbər lenti

DAHA ÇOX XƏBƏR