Azərbaycanda gənclik yaşı dəyişdirilir
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda gənclik yaşı dəyişdirilir

"Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzlərinin dəyişməsi və aşağı salınması gənclər haqqında qanunvericilikdə də dəyişikliklərə səbəb olacaq".

"Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzlərinin dəyişməsi və aşağı salınması gənclər haqqında qanunvericilikdə də dəyişikliklərə səbəb olacaq".

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri Azərbaycanda gənclərin yaşının dəyişdirilməsi ilə bağlı bu il "Gənclər siyasəti haqqında" Qanuna ciddi dəyişikliklərin olacağını söyləyib:

"Artıq qanunvericilikdə gənclərin yaşı ilə bağlı məsələlər dəyişilməlidir. Bu il "Gənclər siyasəti haqqında" Qanunda köklü dəyişikliklər ediləcək. Bu, zamanın tələbidir. Qanuna dəyişiklik böyük bir paketi əhatə edəcək. Bu gün qanuna əsasən, 18-29 yaşlı vətəndaşlar gənc sayılır. Lakin əgər Konstitusiyada dəyişiklik edilibsə, deməli, paralel olaraq bir neçə qanunda gənclərin yaş senzi məsələyinə yenidən baxmalıyıq. Əslində biz gənclər üçün yaş maksimumunu 29 yaşdan da aşağı salmalıyıq. Mənim fikrimcə, bu, təxminən maksimum 24 ola bilər. Yəni 18-24 yaşlı vətəndaşlar gənc hesab edilməlidir. 24 yaşdan yuxarı şəxslər gənc sayılmamalıdır. Amma bu hələlik sadəcə bir fikirdir, ideyadır".

F.Muradov qeyd edib ki, bununla bağlı qanuna dəyişikliklər məsələsi Milli Məclisin payız sessiyasında öz həllini tapacaq.

Qeyd edək ki, hazırda "Gənclər siyasəti haqqında" Qanuna görə, Azərbaycanda 18-29 yaşlı vətəndaşlar gənc sayılırlar. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm