Kəmaləddin Heydərov Ağdamda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Ağdamda qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 sentyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbulda Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Quzanlı qəsəbəsində, FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında 29 sentyabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm