Moskvada kütləvi dava: azərbaycanlı öldürüldü
Bizi izləyin

Qırmızı.az

Moskvada kütləvi dava: azərbaycanlı öldürüldü

Polislər “Tabak” mağazasına hücum edən digər dələduzları axtarır

Ötən gün Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayət Moskvada yerləşən “Tabak” adlı mağazada törədilib.



Moskvanın Bryansk küçəsində yerləşən mağazaya hücum edən 8 azərbaycanlı 49 yaşlı İ. Zeynalovu güllələyib. Onlar öz həmyerlilərini döş nahiyəsindən iki dəfə yaralayıblar, lakin o müqavimət göstərməyə davam edib. Güllələri bitən dələduzlar bıçaqdan istifadə etməyə başlayıb. Zeynalov onlara bıçaqla hücum edən zaman təsadüfən mağazada satıcı işləyən bacısı oğlu Abbasov R-i yaralayıb. Bundan dərhal sonra hücum edən şəxslər “VAZ – 21144” markalı avtomobilə minərək hadisə yerindən qaçıblar.



Abbasov yaralı halda xəstəxanaya çatdırılsa da, Zeynalov təcili tibbi yardım maşınında keçinib.



Rusiya polisləri “VAZ-21144” markalı avtomobili saxlaya bilib. Avtomobili 23 yaşı azərbaycanlı O. Əliyev idarə edib.



Hazırda Rusiya hüquq-mühafizə orqanları əməkdaşları “Tabak” mağazasına hücum edən digər şəxsləri axtarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm