Bakıda yaşayış binası yandı, ölən var
Bizi izləyin

Qırmızı.az

Bakıda yaşayış binası yandı, ölən var

Bakıda yaşayış binasında yanğın baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3-otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.



Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1989-cu il təvəllüdlüSoltanov Sadiq Arazxan oğlunun cəsədi aşkar olunub.



Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm