Qırmızı.az
Məktəbdə 1-ci sinif şagirdi döyüldü – Qadınlar əlbəyaxa oldu
Dünən orta məktəblərin birində qadınlar arasında dava olub.
Hadisə Səbail rayonu ərazisində yerləşən 51 saylı orta məktəbin inzibati binasında baş verib. Məktəbdə nəzartçisi işləyən qadınla şagirdin anası əlbəyaxa olub.
Hər iki qadının xəsarət aldığı qeyd olunur.
Məktəbin işçisi tərəfindən döyüldüyünü iddia edən Ağamalıyeva
Ramella hadisənin necə baş verdiyini bizə danışıb.
“ Qızımı məktəbə aparırdım. Qızım Ayan 51 saylı orta məktəbin
binasında yerləşən 10 saylı Zəngilan məktəbində 1-ci sinfə gedir.
Səhər dərsə gətirəndə məktəbin qapısında dayanan nəzarətçi qadın
uşağı itilədi ki, tez keçsin. Həmin vaxt uşağın başı qapıya dəydi.
Özü də qapı ilə divarın arasında sıxılıb qaldı. Bu mənim acığıma
gəldi.Qadına etiraz edəndə mənə hücum çəkdi. Bunu bütün valideynlər
də gördü. Uşağım qorxudan ağlayırdı. Bir ana kimi buna necə
dözərdim? Ona görə də əlbəyaxa davamız oldu. Hadisə ilə bağlı artıq
polisə müraciət etmişəm.Özümə də xəsarətlər yetirib.”
Mübahisənin baş verdiyi 51 saylı orta məktəbin direktor müavini ilə
əlaqə saxladıq. Kifayət müəllimənin sözlərinə görə, hadisə onların
məktəbinin inzibati binasında baş versə də, bunun 51 saylı orta
məktəbə aidiyyatı yoxdur. Çünki, 10 saylı Zəngilən məktəbinin bəzi
sinifləri onların məktəbinin binasında dərs keçir. Mübahisə edənlər
də məhz o məktəbin şagirdinin valideyni olub.Direktor müavininin
sözlərinə görə, valideyn məktəbin işçisinə ciddi xəsarət
yetirib.Artıq bununla bağlı həkimin rəyi də alınıb. (femida.az
)
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO