210 milyon dollarlıq heroin ələ keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

210 milyon dollarlıq heroin ələ keçirilib - FOTO

Avstraliya Hərbi-Dəniz Qüvvələrinin gəmisi Afrika sahillərinin yaxınlığında 1013 kq heroini ələ keçirib.

"Qara bazar"da belə miqdarda narkotik maddənin dəyəri 210 milyon dollardır.


Heroin kiçik yelkənli qayıqda, sement kisələrinin arasında gizlədilmiş 46 kiçik kisədə idi.


Keniyanın Mombasa limanından 27 dəniz mili aralıda ələ keçirilmiş yelkənli qayıq Afrikanın şərq sahillərində 30 ölkənin hərbi-dəniz qüvvələrinin dəniz quldurlarına qarşı birgə apardıqları əməliyyatlar çərçivəsində tutulub.


Dəniz quldurlarına qarşı birgə, beynəlxalq əməliyyat başlayandan bəri ən böyük narkotik partiyası olan bu heroin yükünü Avstraliya HDQ-nin "HMAS Darwin" gəmisi ələ keçirib./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm