• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilir

İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilir

İsrailin Neşer şəhərində "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərgi keçirilir. Sərgi Heydər Əliyev Fondu və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub.

Ölkənin şimalında, Hayfa şəhəri yaxınlığında yerləşən Neşerdə Azərbaycan mənşəli cəmi 150 nəfər var. Azİz rəhbərliyi məqsədli şəkildə bu fotosərgi üçün digər yerlərdən gəlmiş yəhudi icmalarının sayca çox olduğu şəhərləri seçir. Təşkilatın nəzdində fəqliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman hesab edir ki, Azərbaycandan gedənlər üçün buradakı tolerantlıq haqqında danışmağa ehtiyac yoxdur. “Biz bu həqiqətləri əsasən bilməyənlərin diqqətinə çatdırmaq niyyətindəyik. Son illərin müşahidəsi göstərir ki, bir çoxları məhz bizim təşkil etdiyimiz elmi, mədəni tədbirlərdən sonra Azərbaycanı kəşf edir. Neşerdəki sərgi də maraqla qarşılanıb. Ziyarətçilər Azərbaycanda əsrlərdən bəri mövcud olan məscid, kilsə və sinaqoq rəsmlərinə maraqla baxıblar.

Fotosərginin açılışında İsrailin Miqrasiya naziri, Azərbaycandan getmiş Emin Çaykovskiy, Neşerdən olan millət vəkili Qeorqiy Qerşkoviç və digəriləri çıxış ediblər. Daha sonra iştirakçılara “Azərbaycan – israilli jurnalistlərin gözü ilə” sənədlii filmi nümayiş etdirilib və tədbir, qazfqazlı musiqiçilərin ifasında kiçik konsert proqramı ilə yekunlaşıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR