Sənqəçal terminalının yaxınlığı yanır - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Sənqəçal terminalının yaxınlığı yanır - YENİLƏNİB

Bakının Qaradağ rayonunda qamışlıq ərazidə yanğın başlayıb.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın Sənqəçal terminalına doğru sürətlə irəliləyir.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib.

FHN qüvvələri yanğını lokallaşdırmağa çalışırlar. Yanğın hələ də davam edir.

Əlavə məlumat veriləcək.

22:00

FHN-in yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb və Sənqəçal terminalına yaxınlaşmasına imkan verməyib.

Yanğının baş verməsinə səbəb kimi yoldan keçən şəxlərin təhlükəsizlik qaydalarına riayət etməməsi ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm