Cəlilabadda 6 otaqlı ev külə döndü
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda 6 otaqlı ev külə döndü

Ötən gün Cəlilabad rayonunda vətəndaşa məxsus evdə güclü yanğın meydana gəlib.

Ötən gün Cəlilabad rayonunda vətəndaşa məxsus evdə güclü yanğın meydana gəlib.

Yanğın rayonun Çünəxanlı kənd sakini 80 yaşlı Yavər Ağayevə məxsus 2 mərtəbəli, 6 otaqdan ibarət evdə baş verib. Yanğın anidən başlayıb və evdə tək yaşayan 80 yaşlı ev sahibi çətinliklə də olsa, yanğından xilas olmağı bacarıb.

Evdə olan kiçiktutumlu qaz balonlarının partlaması isə yanğının daha da şiddətləndməsinə səbəb olub.

Hadisə yerinə gələn Cəlilabad Rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikalarının köməyi ilə yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Ümumilikdə isə 320 kv m-dən ibarət evin yanar konstruksiyaları və içindəki əşyalar tamamilə yanıb.

Yanğının nədən baş verməsi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanıb. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm