Ramil Usubov polisdən şikayətçi olanları şəxsən dinlədi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov polisdən şikayətçi olanları şəxsən dinlədi

Ramil Usubov polisdən şikayətçi olanları şəxsən dinlədi

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 26-da Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. ANS PRESS-in məlumatına görə, qəbulda Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarından olan sakinlər, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapmış, polis fəaliyyətinə aid olmayanların aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən bölgələrdə yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində işləmək arzusunda olan 80 nəfər də qəbulda iştirak etmişdir. Cənab Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 24 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.

Qəbulda iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm