Baş redaktorun yandırılması ilə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Baş redaktorun yandırılması ilə bağlı açıqlama

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyalar

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlər yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Sadiq Arazxan oğlu Soltanovun cəsədini aşkar ediblər. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, Sadiq Arazxan oğlu Soltanov “Mizan Tərəzi” qəzetinin baş redaktoru kimi təqdim olunub və bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm