Bakı Metropolitenində kadr dəyişikliyi
Bizi izləyin

Qırmızı.az

Bakı Metropolitenində kadr dəyişikliyi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb.

Metropolitenin baş mühasibi Larisa Xalafli tutduğu vəzifədən çıxarılıb. O, 1988-ci ildən bu vəzifədə çalışırmış.

QSC sədrinin başqa bir əmri ilə Metropolitenin hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi Vidadi Tağıyev də vəzifəsindən azad edilib. V.Tağıyev isə 1999-cu ildən indiyədək şöbə rəisi vəzifəsini tuturdu. Rəis postundan azad edilən V.Tağıyev yanğınsöndürən vəzifəsinə keçirilib.

"Bakı Metropoliteni” QSC-dən Modern.az saytına verilən açıqlamada hər iki faktı təsdiqləyiblər. Bildirilib ki, sədr Zaur Hüseynovun əmrinə müvafiq olaraq, baş mühasibin səlahiyyətlərinin icrası baş mühasibin müavini Həyat Gülmətovaya həvalə olunub.

Digrə əmrlə Rafiq Hüseynqulu oğlu Müvəffəq metropolitenin Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

"Bakı Metropoliteni”QSC-dən onu da bildiriblər ki, sədr Zaur Hüseynov qurumun rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə müşavirə keçirib. Müşavirədə xidmət rəislərinin hesabatlarını dinləyən sədr nöqsanları müzakirə etdikdən sonra müvafiq tapşırıqlar verib.

Tapşırıqlardan biri də metropoliten işçiləri üçün “Bilgəh” istirahət sahəsinin növbəti mövsümə hazırlığı ilə bağlı olub. Z.hüseynov oradakı bütün köhnə binaların və avadanlıqların yenilərilə əvəz olunmasının zəruriliyini vurğulayıb.

Xatırladaq ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda bir sıra dəyişiklik edilib, keçidlərdə və stansiyalardakı ticarət ləğv edilib, reklamlar yığışdırılıb

Yeri gəlmişkən, "Bakı Metropoliteni” QSC-nin nizamnaməsinin və strukturunun layihəsi də bu günlərdə Nazirlər Kabinetinə təqdim olunub. Yeni layihə prezident İlham Əliyevin sərəncamına uyğun olaraq hazırlanıb.

Nizamnamə və strukturu layihəsi təsdiqlənəndən sonra "Bakı Metropoliteni”QSC-nin sədr müavinləri də təyin olunacaq. /Modern.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm